Türkiyə 56 İŞİD-çini zərərsizləşdirib

Türkiyə 56 İŞİD-çini zərərsizləşdirib
  23 Fevral 2017    Oxunub:1133
Türkiyə Silahlı Qüvvələrinin Suriyada keçirdiyi “Fırat kalkanı” (“Fərat qalxanı”) əməliyyatı çərçivəsində terrorçu İŞİD qruplaşmasının 56 üzvü zərərsizləşdirilib, 104 hədəfi məhv edilib.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, əməliyyat Suriyanın Əl-Bab bölgəsində aparılıb. Nəticədə bölgənin iki məhəlləsi terrorçulardan azad edilib.

Bundan başqa terrorçular tərəfindən məskunlaşma yeri kimi istifadə olunan 12 bina, bir partlayıcı yüklü avtomobil məhv edilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fırat kalkanı” əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti