ATƏT-in qış sessiyası işə başlayıb

ATƏT-in qış sessiyası işə başlayıb
  23 Fevral 2017    Oxunub:1347
Fevralın 23-də Vyanada ATƏT Parlament Assambleyasının 16-cı qış sessiyası işə başlayıb.
AzVision.az xəbər verir ki, sessiyada ölkəmizi ATƏT Parlament Assambleyasının vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev, deputatlar Tahir Mirkişili, Ülviyyə Ağayeva və Kamran Nəbizadə təmsil edirlər.

ATƏT-ə üzv olan 57 ölkənin 300-dək parlament üzvünün iştirak etdiyi sessiyanın açılışında ATƏT PA-nın prezidenti Kristine Muttonen cari beynəlxalq məsələlər ilə bağlı çıxış edib.

Sessiyanın ilk günü ATƏT məkanında seçkilərdə müşahidə missiyalarının fəaliyyəti, komitələrin fəaliyyəti, həmçinin xüsusi nümayəndələrin fəaliyyətinə dair hesabatlar dinləniləcək və müzakirələr aparılacaq.

Sessiyanın rəsmi açılışında isə Avstriya Milli Şurasının (Parlament) sədri Doris Bures, ATƏT PA-nın prezidenti Kristine Muttonen, ATƏT PA-nın gender məsələləri üzrə xüsusi nümayəndəsi Hedi Fray çıxış edəcəklər. Sessiyanın hər üç komitəsinin birgə iclasında isə ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın federal xarici işlər naziri Sebastian Kurts və ATƏT-in baş katibi Lamberto Zannyer çıxışları dinləniləcək və parlamentarilərin sualları cavablandırılacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti