Azərbaycan diasporunun rəhbəri həbs edildi

Azərbaycan diasporunun rəhbəri həbs edildi
  23 Fevral 2017    Oxunub:2592
Rusiyanın Moskva vilayətində azərbaycanlı diaspor rəhbəri həbs olunub.
AzVision.az “Life”-a istinadən xəbər verir ki, Moskva Vilayəti üzrə Azərbaycanlılarının Regional Milli Mədəni Muxtariyyətinin rəhbəri Qalib Ağayev dələduzluq ittihamı ilə saxlanılıb.

Məhkəmə onun barəsində ev dustaqlığı qərarı çıxarıb.

Məlumata əsasən yanvar ayında Qalib Ağayevə qarşı mənimsəmə ittihamı ilə cinayət işi açılıb. Onun 2015-ci ildə 600 min rubl məbləğində büdcə vəsaitini mənimsədiyi bildirilib.

Qeyd olunub ki, Q. Ağayev "Rusiya türkiyəli və azərbaycanlı məktəblilərin gözü ilə" qrantı çərçivəsində Rusiya Təhsil Nazirliyi tərəfindən "Russkiy mir" fonduna ayrılan 600 min rubl məbləğində pul alıb. Həmin vəsaitlə o, azərbaycanlı və türkiyəli məktəbliləri Rusiyaya gətirməli və ekskursiya təşkil etməli imiş.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti