PKK-ya üzv olan ABŞ səfirliyinin əməkdaşı tutuldu

PKK-ya üzv olan ABŞ səfirliyinin əməkdaşı tutuldu
  23 Fevral 2017    Oxunub:2263
Türkiyədə Amerika səfirliyinin əməkdaşı saxlanılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın Adana Konsulluğunda ştatlı tərcüməçi işləyən Həmzə Uluçay PKK terror təşkilatına üzv olmaqda təqsirli bilinərək saxlanılıb.

Məlumata görə, H.Uluçay əməliyyat zamanı yaşadığı evdə tapılmayıb. Bundan sonra ABŞ konsulluğu ilə aparılan danışıqlardan sonra amerikalılar onu diplomatik missiyanın binası qarşısında polislərə təslim edib.

Hazırda faktla bağlı araşdırma aparılır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti