Qorbaçov 17 otaqlı villasını 7 milyona satır

Qorbaçov 17 otaqlı villasını 7 milyona satır
  23 Fevral 2017    Oxunub:3448
SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov Bavariyadakı villasını satışa çıxarıb.

AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, villanın qiyməti 7 milyon avro nəzərdə tutulub.

Oberax şəhərinin meri Kristian Kök bildirib ki, Qorbaçov evinə sonuncu dəfə 3 il öncə gəlib.

Məlumata görə, villanın 17 otağı var. 2006-cı ildə villanı Qorbaçovun qızı İrina Virqanskaya alıb.

AzVision.az


Teqlər:





Xəbər lenti