Milli Şuradan qırılmalar başlayır - VİDEO

 Milli Şuradan qırılmalar başlayır -  VİDEO
  24 Avqust 2013    Oxunub:1448
“El”in üzvü Milli Şuranın ölkəmizdə iştişaş hazırlamaqda ittiham edib
Milli Şurada təmsil olunan El hərəkatının üzvlərindən biri Əflan İbrahimovun istefası sensassiya ilə müşayiət olunub.

Hərəkat üzvü istefa verməklə yanaşı həm də Milli Şurada toplanan qüvvələrin Bakıda qarışıqlıq və iğtişaşlar törətməyə hazırlaşadığını bəyan edib.

“El” Hərəkatından istefa verən Əflan İbrahimov sensasion açıqlaması ilə mətbuatın gündəminə gəlib.

“Virtual.az” saytına açıqlama verən Əflan İbrahimov Milli Şura üzvlərini Bakıda qarışıqlıq və iğtişaşlar törətməyə hazırlaşdığını bəyan edib. Sayta verdiyi açıqlamasına görə o, Rüstəm İbrahimbəyovun Azərbaycana gəlməyəcəyi haqda məlumatı kinorejissorun özündən eşitdikdən sonra baş verən oyunların itirakçısı olmaq istəmədiyini deyərək qurumu tərk edib. Bundan sonra öz siyasi baxışlarının da dəyişəcəyini deyən Əflan İbrahimov əlində Müxalifət və Milli Şuraya aid çoxlu sənədlərin olduğunu və məhz bu sənədlərə əsasən də Şuranın ölkəmizdə təxribatla məşğul olduğunu bəyan edib.

“El” Hərəkatının ali məclisinin sədri Eldəniz Quliyev Əflan İbrahimovun bu bəyanatının onlar üçün gözlənilməz olduğunu deyir. Onun sözlərinə görə yarandığı gündən hərəkata qoşulan Əflan İbrahimov siyasi proseslərdə xüsusi aktivlik nümayiş etdirən üzvlərdən biri olub. Qurumun son toplantısından isə onlar sakit və münaqişəsiz ayrılıblar. Görüşdən 2 saat sonra Əflan İbrahimovun Milli Şura haqqında belə bir bəyanatla çıxış etməsi isə onun şurada qarşılaşdığı bir sıra çətinliklər vadar edə bilər.

“El” Hərəkatının ali məclisinin sədri, Eldəniz Quliyev: “Bilirsiniz o Milli Şuraya üzv olmaq istəyirdi. Amma bununla bağlı bir sıra çətinliklər var idi. Bu şəxsi inciklik də rol oynaya bilər. İkinci tərəfdən də bu təxribata bənzəyir”.

“El” Hərəkatının rəhbəri Eldar Namazov Hərəkat yaranan gündən onlarla bir cəbhədə olan Əflan İbrahimovun Milli Şuraya üzv olması məsələsindəki çətinliklərin məhz onun siyasi arenadakı keçmiş həyatı ilə bağlı olması ilə izah etdi.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı isə deyir ki, “El” Hərəkatında başlanan bu istefalar gözləniləndir və bu istefalar davam edəcək.

YAP-ın icra katibinin müavini, Mübariz Qurbanlı: “Milli Şura deyilən bir qurumda nə bir ardıcıllıq var, nə bir siyasi xətt var. Mən deyərdim ki, bu müxtəlif qurumların bir araya gəldiyi qurumdan başqa bir şey deyilir. Son toplantının özü də bir daha göstərdi ki, şura üzvü olan 44 nəfərin bu toplantıda iştirak etməməsi bu qurumun hansı vəziyyətdə olmasını bir daha göstərir”.

“El” Hərəkatının üzvü Əflan İbrahimovun bəyanatı ilə bağlı Respublika Prokurorluğunda araşdırmalara başlanılıb. Faktla bağlı Respublika Prokurorluğunda ifadə verən Əflan İbrahimov açıqlamalırında bir daha təsdiqləyərək Milli Şuranın bəzi üzvlərinin ölkədə ictimai-siyasi sabitliyin pozulması, o cümlədən Bakı şəhərində və respublikanın digər bölgələrində seçki ərəfəsində iğtişaşlar törədilməsi ilə bağlı konkret tapşırıqların verildiyini bildirib. Baş verə biləcək hadisələrin qarşısının alınması və məsələnin ciddiliyi nəzərə alınaraq Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsində müvafiq araşdırmalar aparılır.




Teqlər:





Xəbər lenti