Tramp generalların Bakı görüşündən razı qalıb

Tramp generalların Bakı görüşündən razı qalıb
  24 Fevral 2017    Oxunub:2806
Amerika prezidenti Donald Tramp ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəislərinin Birləşmiş Komitəsinin sədri Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeriy Qerasimovun Bakıda keçirdiyi görüşdən məmnun qalıb.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin rəsmi nümayəndəsi Şon Spayser deyib.

Onun sözlərinə görə, Tramp hesab edir ki, Dövlət Departamentinin rəhbəri Reks Tillersonun Rusiya XİN rəhbəri Sergey Lavrovla Almaniyada, general Cosef Danfordun Valeri Gerasimovla Azərbaycandakı görüşü olduqca məhsuldar olub.

Xatırladaq ki, fevralın 16-da ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəislərinin Birləşmiş Komitəsinin sədri Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeriy Qerasimov Bakıda görüşüb. Görüşdə Rusiya və ABŞ arasında hərbi sahədə münasibətlərin hazırkı durumu müzakirə olunub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti