Sarkisyan baş nazir və müdafiə nazirini işdən çıxarır

Sarkisyan baş nazir və müdafiə nazirini işdən çıxarır
  24 Fevral 2017    Oxunub:4368
Ermənistan prezidenti Serj Sarkisyan müdafiə naziri Vigen Sarkisyanı işdən çıxarmaq istəyir.
AzVision.az xəbər verir ki, “Jamanak” qəzeti bu barədə Respublikaçılar partiyasında olan mənbəyə istinadən məlumat yayıb.

Məlumata əsasən, Sarkisyan hazırki müdafiə nazirini ölkə parlamentinə spiker təyin etmək istəyir. Onun yerinə isə İrəvanın polis rəisi Vladimir Qasparyanın gətiriləcəyi bildirilir.

Ermənistan prezidenti Serj Sarkisyanın Moskvaya səfəri zamanı baş nazir Karen karapetyanın vəzifədə saxlanılıb-saxlanılmaması məsələsini Kremllə müzakirə edəcəyi gözlənilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti