Fərhad Əliyev:`Amma, səsimi İlham Əliyevə verəcəyəm`

Fərhad Əliyev:`Amma, səsimi İlham Əliyevə verəcəyəm`
  25 Avqust 2013    Oxunub:1130
Vəkil Elton Quliyev “Media forum” saytına 2005-ci ildə tutularaq 10 il müddətinə azadlıqdan məhrum edilmiş sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin açıqlamasını təqdim edib.

Açıqlamada deyilir:

`Bu gün mənə məlum oldu ki, professor Cəmil Həsənli qarşıdan gələn prezident seçkisində Milli Şuranın namizədi olub. Cəmil Həsənli mənim həmyerlim, uzaq qohumumdur və eyni zamanda hüquqlarımı müdafiə komitəsinin sədridir. Cəmil Həsənliyə çox böyük hörmətim var, mənim üçün çəkdiyi əziyyətlərinə görə ona minnətdaram.

Bununla belə, Azərbaycan Respublikası prezidenti seçkisində yaxından tanıdığım, uzun illər birgə çalışdığım, səriştəsinə, bilik və bacarığına yaxından bələd olduğum, Azərbaycanın iqtisadi dirçəlişini təmin edən, dünyaya tanıdan, uzaqgörən siyasəti ilə beynəlxalq nüfuza malik olan cənab İlham Əliyevə inanıram və onu dəstəkləyirəm. Bu səbəblərə görə də prezident seçkisində cənab İlham Əliyevə səs verəcəyəm. Yaxınlarımın da mənimlə eyni mövqedə durduğuna inanıram`.

AzVision.az


Teqlər:  





Xəbər lenti