`Titanik`in ulduzu öldü

  26 Fevral 2017    Oxunub : 882
`Titanik`in ulduzu öldü
Məşhur amerikalı aktyor, "Emmi" mükafatının laureatı Bill Pekston 61 yaşında vəfat edib. AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Perkstonun ölümünə səbəb cərrahiyə əməliyyatından sonra xəstəliyin ağırlaşması olub.


Aktyorluq karyerasına 1970-ci illərdə başlayan B.Pekston müxtəlif illərdə "Terminator" (1984), "Özgələr" (1986), "Titanik" (1997) kimi populyar filmlərdə çəkilib.

AzVision.az

Teqlər: #Kino