İran Bakı və İrəvanı təmkinli olmağa çağırdı
İran rəsmisinin sözlərinə görə, dialoq və danışıqlar mübahisələrin nizamlanması üçün vasitədir. Bəhram Qasimi münaqişənin nizamlanmasına cavabdeh olan beynəlxalq institutların münaqişəyə son qoymaq üçün götürdükləri öhdəkiləri yerinə yetirəcəyinə ümid etdiyini bildirib.
O, vurğulayıb ki, İran tərəflərin köməkliyi ilə regionda sülh və sabitliyin bərqərar olmasına yardım etməyə hazırdır.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: #İran #Azərbaycan #DağlıqQarabağ #Ermənistan