Putin Trampla görüşə hazırlaşır

Putin Trampla görüşə hazırlaşır
  28 Fevral 2017    Oxunub:1327
Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putinin görüşünə hazırlığın başladığını bəyan edib. Görüşün vaxtı isə açıqlanmayıb.
AzVision.az xəbər verir kİ, bunu “RİA Novosti”yə açıqlamasında Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov bildirib.

Diplomat əlavə edib ki, rəsmi Moksva Vaşinqtonunun ölkələr arasında dialoqun yaradılması barədə bəyanatlarını müsbət qiymətləndirib.

Ryabkovun sözlərinə görə, Rusiya və ABŞ münasibətləri “soyuq müharibə” dövründən bəri ən aşağı səviyyədədir: “Münasibətlərimiz üç il əvvəl Kiyevdə çevrilişdən sonra pozulmağa başladı. Həmin vaxt Ağ Ev açıq qarşıdurmaya getdi. ABŞ tərəfi bir çox sahələrdə dialoqu kəskin və radikal formada məhdudlaşdırdı”.

Qeyd edək ki, görüşün iyul ayında baş tutacağı gözlənilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti