PKK Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MKİ) terror təşkilatının sıralarına yerləşdirilmiş 52 agentini edam edib. AzVision.az “Hurriyet” ə istinadən xəbər verir ki, belə bir iddia ilə “Türkiye” qəzetinin jurnalisti Nuri Elibol yüksək səviyyəli təhlükəsizlik rəsmilərinə istinadən çıxış edib.
Məlumata görə, hadisə Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəhbəri Hakan Fidan FETÖ-çu prokurorlar tərəfindən ifadəyə çağırldığı gün - yəni 7 fevral 2012-ci ildə baş verib.
FETÖ-çuların PKK-ya sızdırdığı siyahıda yer alan 52 MKİ əməkdaşı terror təşkilatı tərəfindən bir gündə edam edilib.