Tramp öz işinə "5+" verdi

Tramp öz işinə "5+" verdi
  28 Fevral 2017    Oxunub:2701
ABŞ Prezidenti Donald Tramp yeni vəzifədəki fəaliyyətini yüksək qiymətləndirib.

Ağ Evdəki fəaliyyətinin ilk beş həftəsini dəyərləndirən D.Tramp öz işinə “beş üstəgəl” verdiyini deyib.

Bununla belə o, ölkə vətəndaşları ilə ünsiyyətinə "3" qiyməti verib.

ABŞ prezidenti deyib: “Bizim əla işləyən hökumətimiz var, amma bunu amerikalılara izah edə bilməmişik”.

O bildirib ki, ABŞ Konqresinin hər iki palatasının birgə iclasındakı çıxışından sonra bu vəziyyətin bir qədər düzələcəyinə ümid edir. (Trend)

AzVision.az


Teqlər: #Tramp   #ABŞ  





Xəbər lenti