Ollandın yanında iki nəfəri güllələdilər

Ollandın yanında iki nəfəri güllələdilər
  01 Mart 2017    Oxunub:1323
Fransanın Şaranta departamentində prezident Fransua Ollandın iştirakı ilə keçirilən tədbirdə baş verən silahlı insident nəticəsində iki nəfər yaralanıb.
“RİA Novosti” agentliyinin verdiyi xəbərə görə, tədbirdə təhlükəsizliyi təmin edən snayperin xidməti silahından təsadüfən atəş açılıb, nəticədə iki nəfər yaralanıb.

İnsident Fransua Ollandın Tur və Bordo şəhərlərini birləşdirəcək yüksəksürətli qatarlar üçün yeni dəmiryolu xəttinin açılış mərasimində çıxışı zamanı baş verib.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti