İŞİD lideri məğlub olduğunu etiraf edib

İŞİD lideri məğlub olduğunu etiraf edib
  01 Mart 2017    Oxunub:1837
İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi öz çıxışında bu yaxınlarda baş verən döyüşlərdə məğlub olduqlarını etiraf edib.
AzVision.az “Alsumaria” telekanalına istinadən xəbər verir ki, əl-Bağdadi vida çıxışında qruplaşmanın üzləşdiyi məğlubiyyət barədə danışıb. Daha sonra o, terrorçulara Suriya və İraqdakı çətin keçilən dağ rayonlarına getməyi məsləhət görüb.

Qeyd edək ki, beynəlxalq anti-terror koalisiyasının hava dəstəyi ilə keçirilən əməliyyatlar nəticəsində İŞİD qruplaşmasının nəzarəti altında olan Mosulun şərq hissəsini azad edilib. Hazırda İraq ordusu qərbi Mosul istiqamətində hücumları davam etdirir.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər:





Xəbər lenti