«The Huffington Post» Birinci vitse-prezident Mehriban Əliyevadan yazıb
Sonra müəllif yazır ki, bəzən Amerikada çoxları yüksək vəzifələrə namizəd olan qadınlara təkəbbürlə yanaşırlar. Məsələn, 2016-cı il prezident seçkilərinin ilkin kampaniyası zamanı ABŞ prezidentliyinə namizəd və sabiq dövlət katibi Hillari Klintonun ölkənin ən yüksək vəzifələrindən biri olan dövlət katibi vəzifəsində qazandığı uğurlara baxmayaraq, opponentləri onu Bill Klinton administrasiyasının qəbul etdiyi qərarlara görə məsuliyyətə çağırıblar.
Sonra M.Moss-Kats yazır ki, Birinci vitse-prezident Mehriban Əliyevanın siyasətdə öz təcrübəsi var. O, üç çağırış parlament seçkiləri zamanı öz seçki dairəsindəki seçicilərin səslərinin 90 faizindən çoxunu toplayıb. O, Heydər Əliyev Fondunun prezidenti kimi resursların müəyyən hissəsini Azərbaycanda və onun hüdudlarından kənarda insanların yaşayış şəraitinin yaxşılaşdırılmasına yönəldilən humanitar layihələrə sərf edib. O, məktəb və xəstəxana binalarının tikintisi layihələrinə rəhbərlik edib, Fransada Luvr Muzeyində və Versal Sarayında bərpa layihələrinə ianələr edib. Birinci vitse-prezident Mehriban Əliyevaya dərin ehtiram hissi ilə yanaşır və onu sevirlər.
M.Moss-Kats sonda ümidvar olduğunu bildirib ki, gələcəkdə ABŞ Administrasiyasında da qadın vitse-prezident olacaq.
AzVision.az
Teqlər: