Rəsul Quliyev :`Cəmil Həsənli namizədliyini geri götürsün`

 Rəsul Quliyev :`Cəmil Həsənli namizədliyini geri götürsün`
  26 Avqust 2013    Oxunub:1082
“Ehtimal var ki, Cəmil Həsənli oktyabrın əvvəlində namizədliyini geri götürsün və seçkiləri baykota çağırsın”
Bu fikirləri Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev bildirib.

İlk gündən professor Cəmil Həsənlinin namizədliyinə qarşı olduğunu deyən eks-spiker seçkilərdə ehtiyat namizədin bir faiz də səs toplaya bilməyəcəyini deyib.

R.Quliyev hesab edir ki, C.Həsənli oktbayrın əvvəlində namizədliyini geri götürə bilər:

“Yeganə bir şəxsin qələbə şansı var idi o da Rüstəm İbrahimbəyov idi. Onu da Milli Şura qeydiyyat uğrunda mübarizədən uzaqlaşdırdı. Hörmətli Cəmil müəllimin topladığı səslər 0.2-0.5 faizdən artıq olmayacaq. Cəmil Həsənli insanları ayağa qaldıra bilən fiqur deyil. Onun əsas güvəndiyi qüvvə Milli Şura yox, Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır. Cəbhəçilərinin öz rayonlarında belə kiçik mitinq təşkil edə bilməməsi bir ay müddətində hansı isə bir gücə çevriləcəklərinə inanmaq çətindir. Ehtimal var ki, Cəmil Həsənli oktyabrın əvvəlində namizədliyini geri götürsün və seçkiləri baykota çağırsın, ancaq bu addım gecikmiş addım olacaq”-deyə R.Quliyev Milli Şuradan narazılıq edib.(modern.az )




Teqlər:  





Xəbər lenti