Trampın müşaviri `divan fotosu`na aydınlıq gətirdi
Çoxları onu Amerika rəhbərliyinə hörmətsizlikdə və etika qaydalarını aşmaqda qınayıblar.
AzVision.az xəbər verir ki, Konuey “Washington Post”a açıqlamasında şəklə belə aydınlıq gətirib:
- Mənim heç kimə hörmətsizlik etmək fikrim olmayıb. İnsanlar gərək dedikləri fikirlərin məsuliyyətini başa düşsünlər. İstəmirdim ki, ayaqlarım divanda olsun. Sadəcə, jurnalistlərlə dolu otaqda məndən xahiş etdilər ki, kadra düşməyim. Mən də kənara çəkildim.
Qeyd edək ki, Konueyin divanda oturma pozası çoxlu sayda fotoşop zarafatlarına da səbəb olub.
Samir Quliyev







Vaxtında, Aydın, Lazımlı!


