Ermənistan ordusunun 2 hərbçisi öldü - Yenilənib

Ermənistan ordusunun 2 hərbçisi öldü - Yenilənib
  02 Mart 2017    Oxunub:139753
Digər ölüm hadisəsi isə Yerevandan klinikalarından birində qeydə alınıb.
Yanvarın 16-da başından güllə yarası alan hərbçi Qurgen Sarkisyan bu gün müalicə aldığı klinikada ölüb.

Onun əsgər yoldaşı tərəfindən güllələndiyi bildirilir.


***

(20:30)

Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində növbəti dəfə itki verib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün saat təxminən 16.50-də radələrində müqavilə əsasında xidmət aparan hərbçi 37 yaşlı Nver Babacanyan aldığı güllə yarasından ölüb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Qarabağ   Cəbhə  





Xəbər lenti