Moldova Rusiyadakı səfirini geri çağırıb

Moldova Rusiyadakı səfirini geri çağırıb
  02 Mart 2017    Oxunub:1013
Moldova Rusiya Federasiyasındakı səfiri Dmitri Braqişi geri çağırıb.

AzVision.az KİV-ə istinadən xəbər verir ki, bunu Moldovanın xarici işlər nazirinin müavini Daniela Morar bildirib. Lakin o, səfirin geri çağırılma səbəbini açıqlamayıb.

Qeyd edək ki, Braqiş, həmçinin, Moldovanın Tacikistanda akkreditə olunmuş səfiridir.

AzVision.az


Teqlər: #Rusiya  





Xəbər lenti