Gürcülər martın 28-dən Avropaya vizasız gedəcəklər

Gürcülər martın 28-dən Avropaya vizasız gedəcəklər
  02 Mart 2017    Oxunub:1041
Gürcüstanla Avropa İttifaqı arasında vizasız gediş-gəlişə dair yekun imzalar atılıb.
Sənədi Avroparlamentin prezidenti Antonio Tayani və Aİ sədri olan ölkənin — Maltanın nümayəndəsi Kris Agius imzalayıblar.

Gürcüstan XİN-i bu hadisə münasibətilə ölkə vətəndaşlarını təbrik edib.

Saziş martın 8-də və ya 9-da Avropa İttifaqının rəsmi jurnalında dərc olunaraq qüvvəyə minəcək. Bu tarixdən 20 gün sonra vizasız rejim tətbiq olunmağa başlayacaq. Bu isə martın 28-nə təsadüf edir.

AzVision.az



Teqlər:





Xəbər lenti