ABŞ-ın baş prokurorunun Rusiya səfiri ilə gizli görüşü üzə çıxdı

ABŞ-ın baş prokurorunun Rusiya səfiri ilə gizli görüşü üzə çıxdı
  02 Mart 2017    Oxunub:1916
ABŞ-ın baş prokuroru Ceff Seşns ötən il seçkiöncəsi kampaniya zamanı Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak ilə görüşüb.

AzVision.az xəbər verir ki, bu barədə “Washington Post” qəzeti məlumat yayıb.

Məlumata əsasən, ötən ilin sentyabrında Senat üzvü olan Seşns öz ofisində Rusiya səfirini qəbul edib. Daha əvvəl isə Seşns və Kislyak iyulda görüşüblər.

Qeyd edək ki, Konqresdə baş tutan dinləmələrdə Rusiya nümayəndələri ilə ünsiyyətdə olmasına dair sualı cavablandıran Seşns bunu təkzib edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: #ABŞ   #Rusiya  





Xəbər lenti