ABŞ-ın baş prokurorunun Rusiya səfiri ilə gizli görüşü üzə çıxdı
AzVision.az xəbər verir ki, bu barədə “Washington Post” qəzeti məlumat yayıb.
Məlumata əsasən, ötən ilin sentyabrında Senat üzvü olan Seşns öz ofisində Rusiya səfirini qəbul edib. Daha əvvəl isə Seşns və Kislyak iyulda görüşüblər.
Qeyd edək ki, Konqresdə baş tutan dinləmələrdə Rusiya nümayəndələri ilə ünsiyyətdə olmasına dair sualı cavablandıran Seşns bunu təkzib edib.
Eldar Tanrıverdiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


