Ermənistanda deputatlar parlamenti boykot etdi
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, lazım olan 66 deputat əvəzinə iclasda 39 deputat qeydiyyatdan keçib.
Jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov faktı təsdiqləyib.
“Mən may ayının 31-nə qədər parlamentinin hazırkı heyətinin iclaslarının keçirilməsini istəyərdim. Lakin hazırda vəziyyət belədir. Kvorum yoxdur. Biz mövcud reallıqla barışmalıyıq. Əgər saat 15:00-ə qədər kvorum təmin olunsa biz işimiz davam etdirəcəyik. Lakin kvorum əldə olunmasa, yeni parlamentə seçkilərlə bağlı təşviqat kampaniyalarına hazırlaşmağa başlayacağıq”.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: #Ermənistan #Deputat #Parlament







Vaxtında, Aydın, Lazımlı!


