Məmmədyarovun Moskva səfərinin vaxtı açıqlandı

Məmmədyarovun Moskva səfərinin vaxtı açıqlandı
  02 Mart 2017    Oxunub:1556
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovun dəvəti ilə martın 7-8-də Moskvaya rəsmi səfər edəcək.
AzVision.az-ın məlumatına görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, səfər aprelin 14-də qeyd olunan iki ölkə arasında diplomatik əlaqlərin qurulmasının 25 illiyi ərəfəsində baş tutacaq.

XİN rəsmisi qeyd edib ki, E.Məmmədyarov səfəri çərçivəsində Rusiya baş nazirinin müavini Dmitri Roqozin və Federasiya Şurasının sədr müavini İlyas Umaxanovla görüşü planlaşdırılır.

AzVision.az


Teqlər:





Xəbər lenti