Lapşinin məhkəmə prosesinə hazırlıq gedir - XİN

Lapşinin məhkəmə prosesinə hazırlıq gedir - XİN
  02 Mart 2017    Oxunub:1790
Bloqqer Aleksandr Lapşinin işi üzrə istintaq davam edir, onun saxlanma şəraiti ilə bağlı şikayət daxil olmayıb.
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. Onun sözlərinə görə, hazırda A.Lapşin Bakıda təcridxanada saxlanılır və məhkəmə prosesinə hazırlıq gedir.

M. Zaxarova əlavə edib ki, Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları Lapşini bir müddət öncə ziyarət ediblər: “Səfirliyimiz daim onun vəkili, qohumları, o cümlədən Azərbaycanın Baş Prokurorluğu, Xarici İşlər Nazirliyi, eləcə də İsrail səfirliyi ilə təmasdadır. Məsələ ilə bağlı yenilik olan kimi məlumat verəcəyik”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: #Lapşin  





Xəbər lenti