Rusiya vətəndaşı Türkiyə təyyarəsini partlatmaq istədi

Rusiya vətəndaşı Türkiyə təyyarəsini partlatmaq istədi
  02 Mart 2017    Oxunub:4414
Misirin İsgəndəriyyə şəhərinin Borq əl-Ərəb hava limanında baqajda partlayıcı qurğu keçirməyə çalışan Rusiya vətəndaşı saxlanılıb.

Bu barədə "Egyptian Independent" qəzetinə hava limanındakı mənbə bildirib.

Həmin şəxsin əldəqayırma partlayıcı qurğu ilə İstanbula hərəkət edən “Türk Hava Yolları”na məxsus təyyarənin göyərtəsinə daxil olmaq istəməsi ehtimal edilib.

Hava limanının təhlükəsizlik əməkdaşları partlayıcı qurğular üzrə mütəxəssisləri hadisə yerinə çağırdıqdan sonra onlar baqajda partlayıcı qurğu olduğunu təsdiqləyiblər. (Trend)

AzVision.az


Teqlər: Təyyarə   Rusiya   Türkiyə  





Xəbər lenti