Hüsnü Mübarək bəraət aldı

Hüsnü Mübarək bəraət aldı
  03 Mart 2017    Oxunub:1384
Misirin Kassasiya Məhkəməsi sabiq prezident Hüsnü Mübarəkə bəraət verib.
TASS-ın verdiyi xəbərə görə, bu barədə Misir dövlət televiziyası məlumat yayıb.

Məhkəmə 2011-ci il yanvar inqilabında etirazçıların öldürülməsi ilə bağlı Mübarəkin üzərində olan bütün ittihamları götürüb, onun barəsində bütün cinayət təqibləri dayandırılıb.

Qeyd edək ki, H.Mübarək 2012-ci ildə Qahirə Cinayət Məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti