"Əgər Rusiyadan tələb gələrsə..." - Ərdoğan

"Əgər Rusiyadan tələb gələrsə..." -  Ərdoğan
  03 Mart 2017    Oxunub:1497
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan səfərindən sonra təyyarədə jurnalistlərin suallarını cavablandırıb. O, türk ordusunun Suriyadakı planlarına dair olduqca önəmli açıqlamalar verib.
Ərdoğan Əl-Babın azad edilməsindən sonra növbədə Menbiç şəhərinin olduğunu deyib.

"Əl-Babdan sonrakı istiqamət Menbiç olacaq. O ərazi PYD terror təşkilatına buraxılmayacaq. Əgər Rusiyadan tələb gələrsə, Menbiç əməliyyatını birgə icra edə bilərik" — prezident deyib.

Xatırladaq ki, Menbiç şəhərinə nəzarət hazırda ABŞ-ın dəstək verdiyi, ancaq Türkiyənin terrorçu təşkilat olaraq tanıdığı PYD-nin əlindədir.

AzVision.az


Teqlər: Ərdoğan   ABŞ   Suriya  





Xəbər lenti