Türk nazirə hörmətsizlik edildi

Türk nazirə hörmətsizlik edildi
  03 Mart 2017    Oxunub:1294
Türkiyənin ədliyyə naziri Bəkir Bozdağın Almaniyada keçirilməsi nəzərdə tutulan görüşü ləğv edilib.

AzVision.az xəbər verir ki, nazirin Almaniyada türklər qarşısında çıxış edəcəyi, həmçinin alman həmkarı Heiko Maasla da görüşəcəyi gözlənilirdi.

Rəsmi Berlinin hansı səbəbdən görüşü ləğv etdiyi məlum deyil.

Türkiyənin məsələyə reaksiyası gecikməyib. Bununla əlaqədar Almaniyanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Almaniya səfirinə hadisə ilə bağlı Türkiyə XİN-nin narazılığı çatdırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti