Ukraynanın azərbaycanlı naziri həbs edildi

Ukraynanın azərbaycanlı naziri həbs edildi
  03 Mart 2017    Oxunub:2764
Ukrayna Dövlət Fiskal Xidmətinin (DFX) sədri, azərbaycanlı Roman Nəsirov Ali Radanın deputatı Aleksandr Onişenkonun cinayət işi üzrə saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Milli Antikorrupsiya Bürosu məlumat yayıb.

“Nəsirov “qaz işi” çərçivəsində aparılan axtarış zamanı saxlanılıb”, - deyə Büronun yaydığı məlumatda bildirilir. Bundan əvvəl isə DFX binasında axtarış aparılıb.

Hazırda Nəsirov barəsində istintaq tədbirləri həyata keçirilir.

Nəsirovun vəkilləri isə onun huşsuz vəziyyətdə olduğunu əsas gətirərək, istintaq tədbirlərinin qanuna zidd aparıldığını iddia edirlər. Onlar R.Nəsirovun saxlanılması qərarından şikayət verəcəklərini bildiriblər.
Məlumata görə, huşsuz vəziyyətdə olan Roman Nəsirov xəstəxanaya aparılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər Nəsirovun infarkt keçirdiyini bildiriblər.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti