Diplomatik qalmaqal: Alman səfir XİN-ə çağırıldı

Diplomatik qalmaqal: Alman səfir XİN-ə çağırıldı
  03 Mart 2017    Oxunub:1758
Almaniyanın Ankaradakı səfiri Martin Erdman bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirlə görüş zamanı XİN nümayəndələri Almaniya rəhbərliyinin Türkiyə ədliyyə naziri Bəkir Bozdağın iştirakı ilə planlaşdırılan mitinqin keçirilməsinə icazə verilməməsi ilə bağlı narahatlığını izah ediblər.
Bu barədə AzVision.az Türkiyənin “Cümhuriyyət” qəzetinə istinadən xəbər verir.

Qeyd edək ki, Almaniya rəhbərliyi ədliyyə naziri Bəkir Bozdağın Heqanauda mitinq keçirməsinə icazə verməyib. Nəticədə naziri Türkiyəyə qayıtmağa məcbur olub. O, bəyanatla çıxış edərək “necə olur ki, terrorçulara mitinq keçirməyə icazə verirlər, amma nazirə yox”, - deyə bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Türkiyə   Almaniya  





Xəbər lenti