“Qarabağ münaqişəsi daim diqqətimizdədir” – Duma sədri

“Qarabağ münaqişəsi daim diqqətimizdədir” – Duma sədri
  03 Mart 2017    Oxunub:2503
Rusiya Qarabağ nizamlanmasını hər zaman nəzarətdə saxlayır.Nəzərə almalıyıq ki, belə məsələlər bizi narahat etməyə bilməz.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu İrəvanda səfərdə olan Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ermənistan parlamentinin sədri Qalust Saakyanla görüşdə bildirib.
"Rusiya bu münaqişənin nizamlanmasına diqqətlə, Vyana və Sankt-Peterburqda əldə olunan razılaşmalar çərçivəsində yanaşır. Qarabağ münaqişəsinin maksimal dərəcədə nizamlanması və Cənubi Qafqazda gərginliyin olmaması üçün çox şey edilib. Gərginliyin aradan götürülməsi üçün ancaq bu yolla getmək lazımdır. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusu hər zaman nəzarətdədir.", - deyə Volodin vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Qarabağ   Rusiya   Ermənistan  





Xəbər lenti