Nazirlik idmançıları mükafatlandırdı

Nazirlik idmançıları mükafatlandırdı
  03 Mart 2017    Oxunub:1866
5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bir qrup idmançı və idman mütəxəssisinin mükafatlandırılma mərasimi keçirilib.

AzVision.az xəbər verir ki, Gənclər və İdman Nazirliyində keçirilən tədbirdə Nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov əvvəlcə “Fəxri bədən tərbiyəsi və idman işçisi” adına layiq görülənləri mükafatlandırıb.

Daha sonra o, “Əməkdar məşqçi”, “Əməkdar idman ustası” fəxri adlarını təqdim edib.

Bədən tərbiyəsi və idmanın inkişafında xidmətləri olanlara isə diplomlar verilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti