Millimizin heyəti açıqlanıb

Millimizin heyəti açıqlanıb
  04 Mart 2017    Oxunub:1607
Martın 9-da Dohada Qətər yığması ilə yoldaşlıq oyunu keçirəcək futbol üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.

AzVision.az AFFA-ya istinadla xəbər verir ki, heyətə Şahrudin Magomedaliyev (“Qarabağ”), Anar Nəzirov (“Zirə”), Səlahət Ağayev, Tərlan Quliyev, Abbas Hüseynov (hər üçü “İnter”), Bədavi Hüseynov, Rəşad Sadıqov (hər ikisi “Qarabağ”), Tellur Mütəllimov, Urfan Abbasov, Magomed Mirzabekov (hər üçü “Qəbələ”), Arif Daşdəmirov (“Qarabağ”), Ruslan Abışov (“Neftçi”), Rahid Əmirquliyev, Qara Qarayev, Riçard Almeyda (hər üçü “Qarabağ”), Elvin Məmmədov (“Zirə”), Cavid Hüseynov, Araz Abdullayev (hər ikisi “Qəbələ”), Ağabala Ramazanov (“Qarabağ”), Ruslan Qurbanov (“Qəbələ”), Namik Ələskərov (“Neftçi”), Rauf Əliyev (“İnter”) və Mahir Mədətov (“Qarabağ”) dəvət olunublar.

AzVision.az


Teqlər:





Xəbər lenti