"Lapşin özünü yaxşı hiss edir" - Bloqqerin xanımı

"Lapşin özünü yaxşı hiss edir" - Bloqqerin xanımı
  04 Mart 2017    Oxunub:1063
Bloqqer Aleksandr Lapşinə qohumları ilə telefon əlaqəsi saxlamaq icazəsi verilib.
Bu barədə A.Lapşının həyat yoldaşı bloqqerin “Facebook” sosial şəbəsindəki səhifəsində yazıb.

O həmçinin A.Lapşinlə telefonla danışdığını və onun özünü yaxşı hiss etdiyini bildirib.

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarusın hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycana ekstradisiya olunub.

AzVision.az


Teqlər: Lapşin   Bloqqer  





Xəbər lenti