Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb

Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb
  05 Mart 2017    Oxunub:1163
Türkiyənin Hatay vilayətində Suriya Hərbi-Hava Qüvvələrinə məxsus hərbi təyyarə qəzaya uğrayıb.

AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.

O, Yaylacıq rayonuna Suriya HHQ-nin təyyarəsinin düşməsi barədə məlumatların olduğunu deyi:"Hazırda hadisə yerində olan hərbiçilər axtarış əməliyyatlarında iştirak edir. Təyyarənin Türkiyə və ya Suriya ərazisinə düşdüyü dəqiq deyil".

Təyyarənin pilotu katapult vasitəsilə xilas olub və Türkiyyə ərazisinə enib.

AzVision.az


Teqlər:





Xəbər lenti