“Neftçi” yenə uduzdu

  05 Mart 2017    Oxunub : 461
“Neftçi” yenə uduzdu

Topaz Premyer Liqasının XXI turuna “Neftçi” – “Zirə” matçı ilə yekun vurulub.

"Neftçi" öz meydanında "Zirə"ni qəbul edib. Hesabı "ağ-qaralar" açsalar da, sevincləri çox çəkməyib.

Seqoviyanın penaltidən vurduğu qola Navalovski avtoqolla "cavab verib". Duriçin uzaq zərbədən vurduğu baxımlı qol isə "Zirə"yə qələbə qazandırıb. Beləliklə gənc məşqçi Ayxan Abbasovun rəhbərlik etdiyi qonaq komanda 2:1 hesabı ilə qələbə qazanıb və dördüncü pillədəki mövqeyini gücləndirib.

AzVision.az

Teqlər: Neftçi