Terrorçuların hücumu nəticəsində 11 hərbçi ölüb

Terrorçuların hücumu nəticəsində 11 hərbçi ölüb
  06 Mart 2017    Oxunub:1641
"Əl-Qaidə" terrorçularının hücumu nəticəsində 11 Yəmən əsgəri həlak olub.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, silahlıların Abyan əyalətinin cənubundakı posta hücumu nəticəsində 6 əsgər həyatını itirib. Daha beş hərbçi isə Hadramaut əyalətində öldürülüb.

Qeyd edək ki, Yəməndə hökumət qoşunları və qiyamçı husilər arasında silahlı münaqişə 2014-cü ildən davam edir.

AzVision.az


Teqlər: Terror  





Xəbər lenti