Kim Çen In qardaşının intiqamını alır

Kim Çen In qardaşının intiqamını alır
  07 Mart 2017    Oxunub:1937
Şimali Koreya müvəqqəti olaraq Malayziya vətəndaşlarına ölkədən çıxmağı qadağan edib.
AzVision.az “Reuters”-ə istinadən xəbər verir ki, Şimali Koreya bu addımı hazırda Malayziyada olan vətəndaşlarının təhlükəsizliyi ilə izah edib.

Qeyd edək ki, Malayziya hökuməti Şimali Koreya səfirindən 48 saat ərzində ölkəni tərk etməyi tələb edib. Buna cavab olaraq eyni addımı rəsmi Pxenyan atıb.

Xatırladaq ki, İki ölkə arasında münasibətlər Şimali Koreya lideri Kim Çen Inın böyük qardaşı Kim Çen Namın Malayziyada zəhərlənərək öldürülməsindən sonra gərginləşib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti