“Bavariya” və “Real” növbəti mərhələdə - Video

“Bavariya” və “Real” növbəti mərhələdə - Video
  08 Mart 2017    Oxunub:1907
Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab qarşılaşmaları keçirilir.
AzVision.az-ın məlumatına görə, ötən gün keçirilən 2 oyundan sonra 1/4 finalın ilk iştirakçılarının adı məlum olub.

Öz meydanında “Bavariya”nı qəbul edən “Arsenal” bu dəfə də matçdan məğlub ayrılıb. Münhendə 5:1 hesablı qələbə qazanan “Bavariya” London səfərində də eyni hesabla qalib gələrək növbəti mərhələyə yüksəlib.



“Napoli” isə “Real” səddini aşa bilməyib. Hər iki görüşdə 3:1 hesabı ilə qalib gələn Madrid klubu sensasiyaya imkan verməyib.



Qeyd edək ki, 1/8 final mərhələsinin daha iki qarşılaşması bu gün keçiriləcək.

Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

8 mart


23:45. “Barselona” (İspaniya) - PSJ (Fransa)
İlk oyun - 0:4

23:45. “Borussiya” (Dortmund, Almaniya) - “Benfika” (Portuqaliya)
İlk oyun - 0:1

Kənan Məmmədov
AzVision.az


Teqlər: İdman   Futbol   ÇempionlarLİqası  





Xəbər lenti