Sülhəddin Əkbər Rəsul Quliyevə qarşı

 Sülhəddin Əkbər Rəsul Quliyevə qarşı
  26 Avqust 2013    Oxunub:1090
Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər partiya lideri Rəsul Quliyevin Cəmil Həsənlinin namizədliyinə şübhə ilə yanaşmasına və onun namizədlikdən imtina etməsi ilə bağlı çağırışına münasibət bildirib.
S.Əkbər liderinin fikirlərini şərh etmək istəmədiyini bildirib:

“Rəsul müəllimin fikirlərinə şərh vermək niyyətində deyiləm. Əlavə sualınız varsa, özünə müraciət edin”. Partiya sədri liderindən fərqli olaraq, Milli Şuranın ehtiyat namizədini dəstəklədiyini vurğulayıb: “Biz Milli Şuranın üzvüyük və qəbul olunan qərarlara hörmətlə yanaşırıq. Cəmil Həsənli Milli Şuranın namizədidir, biz də onu dəstəkləyirik”. (Hafta.az)


Teqlər:  





Xəbər lenti