Putin 10 generalı işdən çıxarıb

Putin 10 generalı işdən çıxarıb
  09 Mart 2017    Oxunub:1578
Rusiya prezidenti Vladimir Putin öz fərmanı ilə RF İstintaq Komitəsinin, Cəzaların İcrası Federal xidmətinin və Daxili İşlər Nazirliyinin sıralarından 10 generalı vəzifəsindən azad edib.
AzVision.az xəbər verir ki, sənəd hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.

Vəzifədən azad olunanlar arasında Privoljsk federal dairəsi üzrə DİN nəqliyyat idarəsinin rəisi Vladimir Berqlezov, İstintaq Komitəsinin Primorye vilayəti üzrə istintaq idarəsinin rəhbəri Sergey Bobrovniçiy, FPX-nın Saratov vilayəti üzrə idarə rəisi Aleksandr Qnezdilov, DİN-in Samara vilayəti üzrə Baş İdarəsinin rəisi Sergey Solodovnikov, DİN-in Voloqda vilayəti üzrə idarəsinin rəisi Vitaliy Fedotov, Nijniy Novqorod vilayəti üzrə DİN Baş İdarə rəisi İvan Şayev, Mordoviya üzrə FPX İdarə rəisi Ramazan Yaqyayev, Yəhudi Muxtar Vilayətinin prokuroru Lidiya Dyakonova və Çuvaşıya Respublikasının prokuroru Sergey Leqostayev da var.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti