Ərdoğan 8 naziri özü ilə Moskvaya aparır

Ərdoğan 8 naziri özü ilə Moskvaya aparır
  09 Mart 2017    Oxunub:1229
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ərdoğanı səfərdə 8 nazir, bir neçə deputat və dövlət təsmiləri müşayiət edəcək.

Moskvada baş tutacaq görüşdə Ərdoğan və Putin iki ölkə arasındakı münasibət, Suriya məsələsi və beynəlxalq məsələlər ətrafında müzakirələr aparacaq.

Prezidentlər, həmçinin Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının altıncı iclasında iştirak edəcəklər.

AzVision.az


Teqlər: Ərdoğan   Putin   Türkiyə   Rusiya  





Xəbər lenti