Beşqat dünya çempionu faciəvi şəkildə öldü

Beşqat dünya çempionu faciəvi şəkildə öldü
  10 Mart 2017    Oxunub:4160
Motosiklet yarışı üzrə dünya çempionu, fransalı Antoni Deləl məşq zamanı baş verən qəza zamanı aldığı çoxsaylı xəsarətlərdən dünyasını dəyişib.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ona dərhal tibbi yardım göstərilsə də, idmançının həyatını xilas etmək mümkün olmayıb.

Qəzanın səbəbləri hələlik açıqlanmır.

Qeyd edək ki, “Suzuki” komandasında çıxış edən Deləl 5 dəfə dünya çempionu titulunu qazanıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Çempion  





Xəbər lenti