`El`-dən istefa verəcək təşkilatların adları açıqlandı
Bunu "EL" hərəkatının Ali Məclisinin sabiq müavini Əflan İbrahimov daha neçə təşkilatın “El”-dən çıxacağı sualına aydınlıq gətirərkən deyib. O,AzVision.az-a açıqlamasında bildirib ki, yaxın zamanda `EL`-in Astara və Lənkəran rayon təşkilatları da istefa verəcək :
`Mənə görə, `EL`-in Qobustan, Şamaxı, Mingəçevir, Ağdaş, Xızı rayon təşkilatları bəyanat verərək,qurumu tərk etmişdilər. Güman ki, sabah da Astara və Lənkəran rayon təşkilatları istefa verəcək. Qarşıda Bakı və Bakı kəndlər birliyi, Quba, Siyəzən var. Bu təşkilatların hamısını zəhmətimlə yaratmışam. Bu təşkilatlar eşidiblər ki, mən istefa vermişəm, onlar da mənə dəstək olublar.
Onu da deyim ki, Vəhdət partiyasının sədri Tahir Kərimli də mənə dəstəkdir. Mənim bəyanatımı alqışlayır. Azəri birliyinin sədri Xoşqədəm müəllim də mənə dəstək olaraq, bəyanat verib.O birliklər mənə dəstək olurlar ki, mən “El”-in iç üzünü açmışam.
Qeyd edək ki, `EL`-in Qobustan, Şamaxı, Mingəçevir, Ağdaş Xızı rayon təşkilatları bəyanat verərək qurumu tərk ediblər.
Nihadə Eyyubova