Ermənistanın Rusiyadakı səfiri işdən çıxardı

Ermənistanın Rusiyadakı səfiri işdən çıxardı
  10 Mart 2017    Oxunub:2087
Ermənistan prezidenti Serj Sarkisyan bu ölkənin Rusiyadakı səfiri Oleq Esayan tutduğu vəzifədən azad edib. Qeyd edək ki, Ümumrusiya Dövlət Teleradio Yayım Şirkətinin siyasi verilişlərin aparıcısı Vladimir Solovyovun İrəvana gəlişindən sonra Ermənistanın Rusiyadakı səfiri Oleq Esayanın istefası barədə məlumatlar yayılıb.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, Vladimir Solovyov mətbuat konfransında səfiri fəaliyyətsizlikdə ittiham edib.

Rəsmi məlumatlara görə, Rusiyanın Ermənistandakı səfiri vəzifəsinə Vardan Toqanyan təyin olunub.

Qeyd edək ki, Vardan Toqanyan 2014-cü ildə almazların cilalanması ilə məşğul olan “Şoqakn” şirkətinin səhmdarı olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ermənistan   Rusiya  





Xəbər lenti