Polislə eks-prezidentin tərəfdarları arasında qarşıdurma

Polislə eks-prezidentin tərəfdarları arasında qarşıdurma
  10 Mart 2017    Oxunub:1505
Koreyada Konstitusiya Məhkəməsinin prezident Pak Kın Heyin impiçmentini təsdiqlədikdən sonra Seul şəhərinin mərkəzində polislə eks-prezidentin tərəfdarları arasında qarşıdurma baş verib.
AzVision.az xəbər verir ki, polislə toqquşmalar zamanı 2 nəfər ölüb.

“Renhap” agentliyinin məlumatına görə, həlak olanlardan biri 72 yaşlı kişidir. O, başından çoxsaylı xəsarətlər alıb. Bundan başqa Konstitusiya məhkəməsinin yaxınlığında, metro stansiyasında 60 yaşlı kişi huşsuz vəziyyətdə tapılıb.

Pak Kın Hey impiçment nəticəsində cinayət məsuliyyətinə cəlb olunmaqla bağlı immunitetini də itirib. Bu, prokurorluq orqanlarına imkan verir ki, sabiq prezidenti istintaqa cəlb etsin. Pak Kın Heyin hazırda həbsdə olan rəfiqəsi Çoy Sun-silin bəzi şirkətlərdən iri məbləğdə rüşvət aldığı bildirilir.

AzVision.az


Teqlər: Koreya  





Xəbər lenti