Sarkisyan seçkiləri saxtalaşdırmaq üçün 100 milyon xərcləyəcək

Sarkisyan seçkiləri saxtalaşdırmaq üçün 100 milyon xərcləyəcək
  10 Mart 2017    Oxunub:1982
Ermənistan hakimiyyəti parlament seçkilərinə 100 milyon dollardan artıq vəsait ayırıb.

AzVision.az “armtimes”a istinadən xəbər verir ki, vəsaitin böyük bir hissəsi gizli şəkildə dövriyyəyə daxil edilir. Məlumata görə, Sarkisyan hakimiyyəti iqtidarın deputatlığa namizədləri üçün ən azı 10-15 min dram xərcləməyi düşünür.

Bundan əlavə digər namizədlər də xüsusilə reytinq sisteminə astronomik vəsait yatırmaq eşqinə düşüblər.

Deputat Eqine Bişaryan bəyan edib ki, ötən seçkilərdə olduğu kimi bu il də Ermənistanda oliqarxlar pul kisələrinin ağzını açaraq səsləri almağa başlayıblar.

Ermənistanın hakim Respublika partiyasının təşkilat komissiyasının sədri bu məlumatın həqiqəti əks etdirmədiyini bildirib: “Deyilənlərin hamısı yalandır. Əgər onların əlində belə bir fakt varsa, ölkənin hüquq-mühafizə orqanlarına müraciət etsinlər”.

Ümumilikdə isə erməni KİV-lərində seçkiqabağı Ermənistanda siyasi gərginliyin artdığı, namizədlər arasında səslərin pulla alınması haqda müxtəlif məlumatlar yayılır. Bildirilir ki, erməni oliqarxalar öz namizədlərini deputat seçdirmək üçün küllü miqdarda pullar xərcləyirlər. İqtidarın namizədlərin isə xaricdəki erməni lobbisi və iş adamları maliyyələşdirir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti